Argentina prezidenti İranı “terror dövləti” adlandırdı 

saytların hazırlanması

Evə çatdırılma

Argentina prezidenti İranı “terror dövləti” adlandırdı 

Dünya

18 İyul 2024 10:51 734


Argentina prezidenti Xavyer Miley İranı “terror dövləti” adlandırıb. 

Yenisabah.az-ın məlumatına görə, prezident deyib ki, onun hökuməti Buenos Ayresin 1994-cü ildə yəhudi mədəniyyət mərkəzinə törədilmiş terror aktında əli olduğuna inandığı İran rəsmilərinin mühakimə olunmasını istəyəcək. 

“Vəziyyət “terror dövləti” İranın oynadığı rolun ört-basdır edilməsi, bəşəriyyətə qarşı cinayətləri ört-basdır etmək üçün şahidlərə rüşvət vermənin ağırlığını nəzərə alaraq, törədilmiş cinayətlərə uyğun cəza tələb edir”, - o deyib.  Sezar pizza

Xavyer Miley İranı fələstinli radikalların 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə etdiyi və 25 Argentina vətəndaşının ölümünə səbəb olan hücumda əli olmaqda ittiham edib. 

“İran hökuməti, “Hizbullah”, “Həmas” ilə əlaqəli dövlətdir. Buna görə də İran terrorunun milli maraqlara toxunan və argentinalıların həyatına birbaşa təsir edən məsələ olduğuna heç bir şübhə ola bilməz”, - prezident bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!