Argentina vitse-prezidentinə sui-qəsd cəhdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Argentina vitse-prezidentinə sui-qəsd cəhdi - Video

Dünya

02 Sentyabr 2022 09:08 835


Argentina Prezidenti Alberto Fernandes ölkənin vitse-prezidenti Kristina Fernandes de Kirşnerə silah tuşlayan şəxsin hərəkətini sui-qəsd cəhdi adlandırıb.

Yenisabah/az TASS-a istinadla xəbər verir ki, prezidentin xalqa müraciətində bildirilib:

"Bu gün bir şəxs ölkənin hazırkı vitse-prezidenti və iki dəfə prezidenti olmuş Kristina Fernandes de Kirşnerə sui-qəsdə cəhd edib. Bu, demokratiyanın bərpasından bu günədək ən pis hadisədir”. Pepperoni pizza

Argentina Prezidentinin sözlərinə görə, Vitse-prezidentə hücum edən şəxs tətiyi çəkə bilib.

Dövlət başçısı bildirib: “Kristina ona görə sağdır ki, texniki cəhətdən hələ dəqiqləşdirilməmiş naməlum səbəblərdən, tətiyin çəkilməsinə baxmayaraq, beş gülləli silah atəş açmayıb”.

Polis Buenos-Ayresdəki evinin qarşısında vitse-prezidentə silah tuşlayan şəxsi saxlayıb. “Cinco Noticias” telekanalının efirində nümayiş etdirilən kadrlarda izdihamın arasında dayanan şəxsin Fernandes de Kirşnerə silahla az qala yaxından yaxınlaşa bildiyi görünür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!