Argentinada koronavirusun "Omicron" ştammı ilə ilk yoluxma halı təsdiqlənib.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Argentina vətəndaşı Cənubi Afrikadan ABŞ vasitəsilə qayıdıb və noyabrın 30-da ölkəyə daxil olub. Marqarita pizza
Gedişdən əvvəl və gəliş zamanı etdiyi hər iki test mənfi nəticə verib.
Dekabrın 2-də karantində olarkən o, ikinci testdən keçib və müsbət nəticə qeydə alınıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, koronavirusa qarşı tam peyvənd olunmuş səyahətçidə xəstəliyin heç bir əlaməti yoxdur.
Noyabrın 29-da Argentina hakimiyyəti Afrika ölkələrində olan bütün səyahətçilər üçün ölkəyə daxil olmamışdan əvvəl 14 gün ərzində məcburi karantin tətbiq edib.
Telegram kanalımız