“Artıq Ermənistan rəsmiləri Xankəndiyə gəlməyə cürət etməyəcəklər” - Prezidentin çıxışı ilə bağlı   ŞƏRH

saytların hazırlanması

Evə çatdırılma

“Artıq Ermənistan rəsmiləri Xankəndiyə gəlməyə cürət etməyəcəklər” - Prezidentin çıxışı ilə bağlı ŞƏRH

Siyasət

07 Yanvar 2021 19:30 2018


"Rusiya sülhməramli qüvvələrinin Dağlıq Qarabağda özbaşına hərəkətləri, burada humanitar sahədə fəaliyyətləri və Ermənistan rəsmilərinin Xankəndiyə gəlməsi Prezident İlham Əliyevin açıq şəkildə etiraz etməsinə gətirib çıxardı".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə Prezidentin bugünki çıxışını şərh edərkən bildirib.

"Bundan sonra, Azərbaycan hakimiyyəti Rusiya ilə Dağlıq Qarabağda sülhməramli qüvvələrinin fəaliyyəti ilə bağlı memorandum bağlamaq niyyətindədir. Onların fəaliyyəti dəqiq göstərilməlidir. Çünki onların hazırkı fəaliyyəti sülhün təmini deyil, vəziyyəti mürəkkəbləşdirməyə doğru aparır. Məhz İlham Əliyevdə bu xüsusda mesajlarını verdi. pizza

Yaxın müddətdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə aydınlıq gələcək. Onların hazırkı sərbəst fəaliyyəti olmaya bilər".

Politoloq qeyd edib ki, Prezidentin Ermənistan xarici işlər nazirinin Xankəndiyə gəlişi ilə bağlı dedikləri mesajdır:

"Prezidentin Ermənistan xarici işlər nazirinin Xankəndiyə gəlməsi ilə əlaqədar mövqeyi Ermənistan və Rusiyaya mesajdır. Bundan sonra Ermənistan rəsmiləri Xankəndiyə gəlməyə cürət etməyəcəklər. Gələrlərsə, Azərbaycanın icazəsi ilə həyata keçirilə bilər. Əks təqdirdə Laçın dəhlizində Azərbaycan əsgərləri onları qarşılayacaq. İlham Əliyevin bu bəyanatı sıradan deyil. Burada ciddi təzyiq mexanizmi var. Rusiya "sülhməramli qüvvələri" də Ermenistan rəsmilərinin Xankəndiyə gəlişinə icazə verməyə bilər.

Demək, bununla da Xankəndidə separatçıların izolyasiyası davam edəcək. Laçın dəhlizi Azərbaycanın ərazisidir və burada Azərbaycanın post qurması mümkün ssenarilər sırasındadır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!