Artıq heç kim mənzil almayacaq –   DAHA SƏRFƏLİ VARİANT

saytların hazırlanması

Evə çatdırılma

Artıq heç kim mənzil almayacaq – DAHA SƏRFƏLİ VARİANT

Sosial

11 Noyabr 2024 11:40 32952


Daşınmaz əmlak investiyası dedikdə, adətən hansısa ev, mənzil, obyekt və ya torpaq sahəsinin satın alınıb kirayə və ya icarəyə verilməsi nəzərdə tutulur. 

Ölkəmizdə də geniş yayılmış bu yatırım üsulu, illərdir olduqca sərfəli və təhlükəsiz hesab edilir. Digər tərəfdən, Azərbaycan cəmiyyətində yeni qurulan ailələr üçün ən başlıca ehtiyac şəxsi ev və mənzilin olmasıdır. Xarici ölkələrdən fərql olaraq, ölkəmizdə davamlı kirayədə qalmaq heç də məqbul situasiya kimi qəbul edilmir. 

“Yeni Sabah” olaraq apardığımız araşdırma onu göstərir ki, mənzil almağın uzunmüddətli perspektivdə investisiya kimi faydaları olduğu kimi, riskləri də olduqca çoxdur. Mənzilin yerləşdiyi ərazinin əmlak perspektivinin zəifləməsi, iş və təhsil müəssisəsindən uzaqda yerləşməsi, daşınmaz əmlak qiymətlərində radikal ucuzlaşma kimi faktorları nəzərə aldıqda, şəxsi əmlak sahibi olmağın heç də hər zaman qazanc gətirmədiyini demək olar.  Sezar pizza

Bir sıra xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə əhalinin əksər hissəsi ev almaq yerinə kirayədə qalmağa daha çox üstünlük verir. Səbəb isə əmlak qiymətlərinin baha olması deyil, insanların təhsil, iş və digər səbəblərdən yaşadığı yeri tez-tez dəyişməsidir. Dünya ölkələrinin bir çoxunda eyni tendensiya müşahidə olunmaqdadır. Bu ənənə iri şəhərlərdə özünü göstərən təmərküzləşmənin də qarşısını alır. 

Bu prosesin yaxın gələcəkdə ölkəmizdə də baş verəcəyi istisna deyil. Xüsusən ildən-ilə bahalaşmaqda olan mənzil və həyət evlərinin qiymətlərini nəzərə alsaq, Azərbaycanda da yavaş-yavaş “ömürlük kirayəşin”lərin sayı xeyli artacaq. Bu isə kirayə mənzil bazarında rəqabəti artıracağı kimi, daşınmaz əmlak qiymətlərinin normallaşmasına da gətirib çıxara bilər. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Konul
    Ele rahat fikir bildirirlerki guy millet oz evinde yasayir.ehalinin 60 faizinin evi yoxdu kirayelerde ömur kecir oda ayliq 400m dan baslayir.bele aqil verene kimi evleri ilkin odenissiz edin yada Mida sosial evleri butun kateqoriyali aileler ucun keçerli edin evi olsun haminin.ele navastroykalari qirmizi kerpicle tikib duzmekle deyile.
    2 years ago
  • Konul
    Ele rahat fikir bildirirlerki guy millet oz evinde yasayir.ehalinin 60 faizinin evi yoxdu kirayelerde ömur kecir oda ayliq 400m dan baslayir.bele aqil verene kimi evleri ilkin odenissiz edin yada Mida sosial evleri butun kateqoriyali aileler ucun keçerli edin evi olsun haminin.ele navastroykalari qirmizi kerpicle tikib duzmekle deyile.
    2 years ago
  • Tural
    Türkiyədə investisiya üçün Ərəblərin aldığı evlə orta statistik Azərbaycanlının yaşamaq üçün aldığı ev arasında yüngülvari fərq var axı. Ümumiyyətlə lirənin kursu ilə manatın kursu da biraz fərqlidir.
    2 years ago
  • Telman Ramazanov
    Bu köçəri tayfalar üçün məqbul sayıla bilər. Camaatın başınaı xarab eləməyin!. Zay fikirləri özünüz üçün saxlayın, "ağıllı adamlar"
    2 years ago