Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.
Yenisabah.az xəbər verir ki, artıq sosial şəbəkələrdə Laçın şəhərindən yeni görüntülər paylaşılır. Həmin görüntülərin birində mərhum Əməkdar artist Məhəbbət Kazımovun məşhur “Laçınım” mahnısı səslənir.
Qeyd edək ki, əsl adı Möhübbət Kazımov olan sənətçi 1953-cü ildə Laçın rayonunun Çorman kəndində anadan olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamlar oxuyub, mahnılar bəstələyib. Ən çox sevilən mahnılarından biri bəstəsi özünə aid olan "Laçınım" mahnısı olub. pizza sifarişi
1998-ci ildə yazılan mahnının sözləri Osman Alovluya, musiqisi və ifası Məhəbbət Kazımova məxsusdur. Müğənninin ən böyük arzusu Laçına qayıtmaq və bu mahnını doğma yurdunda ifa etmək olub. Lakin Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, “Laçınım” mahnısının sədaları altında dəfn olunub.
Onu da bildirək ki, M.Kazımov şənliklərdə “Laçınım” mahnısının sədaları altında rəqs etməyi qadağan etmişdi.
/Axsam.az
Telegram kanalımız