Arvadını baltalayan şəxsə 14 il həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

Arvadını baltalayan şəxsə 14 il həbs cəzası verildi

Kriminal

18 May 2023 17:17 1111


Lənkəran Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən öldürməyə cəhddə təqsirləndirilən Şəhriyar Niyazovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şəhriyar Niyazov 14 il müddətinə azadlıqdan məhrum edilib. Sezar pizza

Şirvan Apellyasiya Məhkəməsi isə onun apellyasiya şikayətini təmin etməyib.

İttihamnaməyə görə, hadisə 21 oktyabr 2022-ci il tarixdə, saat 03 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndində qeydə alınıb.

Şəhriyar Niyazov arvadı Sahibə Məmmədovanı (şərti) qısqanclıq zəminində balta ilə baş və boyun nahiyələrinə xəsarətlər yetirib. Hadisə Sahibənin anasının gözü qarşısında olub.

Xəstəxanaya çatdırılan Sahibə Məmmədovanın həyatını xilas etmək mümkün olub.

Şəhriyar Niyazovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!