Arvadını döyüb öldürən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Arvadını döyüb öldürən şəxs saxlanıldı

Kriminal

13 Aprel 2023 23:30 1125


Ağstafada arvadını döyərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Məlumata görə, aprelin 8-də Ağstafa rayon sakini, 1988-ci il təvəllüdlü Günel Məmmədovanın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Rayon Polis Şöbəsində araşdırmalar başlanılaraq müvafiq ekspertiza təyin olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, zərərçəkənə yumruq və təpiklə həyat yoldaşı Ayaz Məmmədov xəsarət yetirib. Marqarita pizza

Aprel ayının 13-də G.Məmmədovanın ata evində ölməsi ilə bağlı Ağstafa Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Hazırda ölümün səbəblərinin müəyyən edilməsi istiqamətində ekspertiza təyin olunub.

Hadisəni törətməkdə şübhəli bilinən Ayaz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!