Cənubi Koreya, Yaponiya və Tayvan Rusiya kömüründən tədricən imtina etməyə başlayıblar, lakin onlar hələ də bunu tam edə bilmirlər.
Yenisabah.az “Kommersant”a istinadla xəbər verir ki, bunu gömrük statistikası isbatlayır. Yaponiya və Tayvan tədarükləri sürətlə kəsirlər. Birinci ölkə 8,4 milyon ton kömür alıb ki, bu da bir il əvvəlkindən 25 faiz azdır. Tayvan idxalı 33,3 faiz azaldaraq 4,4 milyon tona çatdırıb. Cənubi Koreya 12,8 milyon (üç faiz azalma) idxal edib.
Rusiyada kömür sənayesinin inkişafı strategiyası, hətta mühafizəkar bir ssenaridə də Şərqi Asiya ölkələrinə tədarükün 2018-ci ildəki 84 milyon tondan 2035-ci ilə qədər 123 milyon tona yüksəlməsini nəzərdə tuturdu. Marqarita pizza
Yaponiya artıq Rusiya kömürünün idxalını tamamilə qadağan etməyi planlaşdırdığını açıqlayıb. Cənubi Koreya Rusiyadan asılılığını azaltmaq üçün Avstraliyadan tədarükü 1,5 dəfə artırmaq istəyir. Tayvanın dövlət enerji şirkəti Taipower yeni kömür sövdələşmələri bağlamaq niyyətində deyil.
Telegram kanalımız