“Azərbaycan əleyhinə AŞPA-da səs verən deputatların bir çoxu bizimlə yaxın münasibətləri olan dövlətlərin nümayəndələridir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O, AŞPA-da Azərbaycan əleyhinə keçirilən səsvermədə iştirak edən 90 deputatdan 76-sının ölkəmizə qarşı olan qərəzli mövqeyindən, habelə AŞPA-nın anti-Azərbaycan siyasətindən söz açıb. Pepperoni pizza
O. Qasımovun sözlərinə görə, bu deputatların əksəriyyəti müstəqil şəxslərdir, onlar öz dövlətlərinin siyasətini ifadə etmirlər:
“Məncə, məsələyə bu cür baxsaq, daha doğru nəticə çıxara bilərik. Həmin siyahıda Azərbaycanla kifayət qədər yaxşı münasibətləri və Azərbaycan neftinin əsas alıcılarından biri olan İtaliyadan 3 deputatın orada iştirak etməsi, təbii ki, təəssüf doğurur. Amma bu, İtaliya dövlətinin mövqeyi kimi qəbul olunmamalıdır. Böyük Britaniyadan olan 18 deputatdan yalnız 1-i səsverməyə qatılıb, lakin bu, Britaniya dövlətinin mövqeyi deyil. Həmçinin, Türkiyədən və prezident Ərdoğanın əleyhdarı olan 1 deputat da səsvermədə iştirak edibsə, bu, o demək deyil ki, Türkiyə hakimiyyəti həmin qərarı dəstəkləyir”.
Müsahibimiz əmin edib ki, bu məsələlər diqqətə alınıb və Qərblə olan siyasətdə nüanslar gözdən qaçmamalıdır:
“Əksinə, tərəfdaşlarımızla münasibətləri daha fəal inkişaf etdirməliyik. Ümumiyyətlə, Azərbaycan xarici siyasətinin əsas hissəsi müttəfiqlərlə münasibətləri yüksək səviyyəyə qaldırmaq, tərəfdaşlarla münasibətləri müttəfiqlik səviyyəsinə qədər inkişaf etdirmək, o cümlədən neytralları tərəfdaşa çevirmək, əleyhdarları isə neytrallaşdırmaqdan ibarət olmalıdır. Diplomatiyamızın üstünə bu istiqamətdə ciddi işlər düşür”.
Siyasi təhlilçi aydınlaşdırıb ki, AŞPA-da Azərbaycanın əleyhimizə səs verən 76 deputatın təmsil etdiyi ölkələrlə kifayət qədər yaxşı münasibətlər var:
“Rumıniyanı misal çəkmək olar. Rəsmi Buxarestlə Bakı arasında bərpa olan enerji ilə bağlı Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan memorandumu imzalanıb. Yenə deyirəm, sözügedən deputatlar öz ölkələrinin siyasətini təmsil etmir. Təbii ki, xoşagələn hal deyil. Məncə, bu məsələ münasibətlərə ciddi şəkildə zərər verməyəcək. Bütün nüansları nəzərə almaqla bu cür halların gələcəkdə baş verməməsi üçün daha fəal işləməliyik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız