AŞPA-nın anti-Azərbaycan qərarı dialoqa xidmət etmir - Ceyhun Bayramov 

saytların hazırlanması

Evə çatdırılma

AŞPA-nın anti-Azərbaycan qərarı dialoqa xidmət etmir - Ceyhun Bayramov 

Siyasət

02 Fevral 2024 17:09 693


Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın qəbul edilməsi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsü dialoqa xidmət etmir. 

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşündə deyib. 

XİN başçısı Azərbaycanın Aİ və üzv dövlətlərin etibarlı tərəfdaşı olduğunu, ölkəmizə qarşı ikili standartların tətbiqinin və ədalətsiz yanaşmanın sərgilənməsinin regionda dayanıqlı sülhün qurulmasına töhfə vermədiyini vurğulayıb. O, həmçinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın qəbul edilməsi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini bildirib.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!