Bu gün Astara rayonunun bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Yenisabah.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
“Lovain” və “Astara” hava xətlərində aparılan təmir və budama işləri ilə əlaqədar dekabrın 24-də saat 14:00-dan saat 16:30-dək Kijəbə, Ərçivan qəsəbələri, Lovain, Pensər, Səncərədi, Qapıçıməhəllə, Çayoba, Şahağac, Siyaku, Şiyəkəran, Hamoşam kənlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Sezar pizza
Telegram kanalımız