Astarada maşın dərəyə aşdı - Ata öldü, oğlu yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Astarada maşın dərəyə aşdı - Ata öldü, oğlu yaralandı

Hadisə

05 Dekabr 2022 11:57 759


Astara rayonunda atanın ölümü, oğulun isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az "Report"a istinadən məlumat verir ki, hadisə rayonun dağlıq ərazisində yerləşən Motlayataq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. pizza sifarişi

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin - sürücünün oğlu 1995-ci il təvəllüdlü Ruslan Zakir oğlu Aydınzadə isə xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!