Astarada meyiti tapılan şəxslə bağlı bəzi məlumatlar açıqlanıb.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, meyiti tapılan Eynəli Əzizov Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbində texnologiya fənni üzrə müəllim işləyib.
O, sahibkarlıqla da məşğul olub. Kənddə çoxlu sayda mal-qarası və marketi olub. Bir neçə il bundan əvvəl kəndin bələdiyyə sədri vəzifəsində də çalışıb. Pepperoni pizza
Sakinlər mərhumun heç kimlə ədavətinin olmadığını bildiriblər.
Qeyd edək ki, Eynəli Əzizovun meyiti bu gün səhər Astarada Şümrüd kəndində meşə massivinə daxil olan ərazidə tapılıb. Onun balta ilə baş nahiyəsinin arxa hissəsinə vurulan zərbələrlə qətlə yetirildiyi deyilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız