Ata Abdullayevi 5 il həbs gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Ata Abdullayevi 5 il həbs gözləyir

Siyasət

15 Mart 2021 13:02 834


Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi tərəfindən saxlanan Ata Abdullayev barədə həbs qərarı verilib. DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2 maddəsi ilə ittiham edilir.

Bəs görəsən bu maddə ilə təqsirləndirilən Ata Abdullayevi nə qədər həbs gözləyir? Pepperoni pizza

Tanınmış vəkil Adəm Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, Ata Abdullayevi 5 ilədək həbs gözləyir: "Ata Abdulayevi hədə-qorxu tələb etmə maddəsi eyni zamanda hadisəni dəfələrlə təkrar törətdiyinə görə iki ildən beş ilədək həbs gözləyir. Bu Cinayət Məcəlləsinin 182.2.2 maddəsi ilə təsbit edilib".

Qeyd edək ki, ilkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!