Atasını bıçaqlamaqda təqsirləndirilən oğul müalicə üçün xəstəxanaya göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Atasını bıçaqlamaqda təqsirləndirilən oğul müalicə üçün xəstəxanaya göndərildi

Kriminal

07 Aprel 2025 20:17 275


Bakının Pirallahı rayonunda atasını bıçaqlamaqda təqsirləndirilən Ömər Soltanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesinə baxılıb.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək müttəhimin hadisəni anlamsız vəziyyətdə törətdiyini, barəsində intensiv müşahidə altında məcburi müalicə təyin edilməsini və 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsini məhkəməyə təklif edib.

Məhkəmənin qərarına əsasən, Ömər Soltanov barəsində intensiv məcburi müalicə təyin edilib və cinayət məsuliyyətindən azad olunub. Onun müalicəsi Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında aparılacaq. Marqarita pizza

Qeyd edək ki, hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb. 25 yaşlı Ömər Soltanov münaqişə zəminində atası Famil Soltanovu yaşadıqları evdə bıçaqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!