ATƏT-in sədri Azərbaycana gəlir

saytların hazırlanması

Evə çatdırılma

ATƏT-in sədri Azərbaycana gəlir

Siyasət

14 Mart 2021 13:40 993


Sabah ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linde Azərbaycana səfərə gələcək.

Yenisabah.az-ın ATƏT-ə istinadən verdiyi məlumata görə, A.Linde səfər çərçivəsində Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək, Qarabağ məsələsi və ATƏT-in münaqişənin həlli prosesindəki rolu mövzusunda danışıqlar aparacaq.

Görüşlərdə ATƏT və Azərbaycan arasında əməkdaşlıqla bağlı da müzakirə aparılacaq. ATƏT sədri  vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək. Marqarita pizza

Qeyd edək ki, ATƏT sədrinin regiona səfəri çərçivəsində Ermənistana da səfər edəcəyi gözlənilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!