Auditorlar Palatasının vəzifəli şəxslərinə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Auditorlar Palatasının vəzifəli şəxslərinə cinayət işi açıldı

Kriminal

20 Dekabr 2023 10:17 1133


Auditorlar Palatasının vəzifəli şəxslərinə cinayət işi açılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq başa çatıb, cinayət işi üzrə materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılacaq. Pepperoni pizza

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Təqsirləndirilən şəxslər Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovadır.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!