“Avropa açıq şəkildə deyir ki, Nikol bizim oğlumuzdur” - Zöhrabyan

saytların hazırlanması

Evə çatdırılma

“Avropa açıq şəkildə deyir ki, Nikol bizim oğlumuzdur” - Zöhrabyan

Siyasət

30 Oktyabr 2023 22:30 904


“Çəkdikləri yol xəritəsini həyata keçirmək üçün Nikol Paşinyan Avropaya lazımdır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri erməni deputat Naira Zöhrabyan deyib.

O təklif edib ki, ABŞ səfiri ailəsi ilə köçüb “demokratiya çırağı” olan Ermənistanda yaşasın: Marqarita pizza

“Arzu edirəm ki, ABŞ səfirinin özü və yaxınları Armen Aşotyanın yaşadıqlarını yaşasınlar. Ona qarşı uydurma cinayət işi açılıb. ABŞ səfiri Ermənistanın Cənubi Qafqazda “demokratiya çırağı” odluğunu deyir. Mən bu yaxınlarda Avropa strukturlarında görüşlərdən qayıtdım. Armen Aşotyanın siyasi məhbus olduğunu tanımayan qurum yoxdur. Şəxsi söhbətlərdə deyirlər ki, Armen Aşotyanın işinin tez yekunlaşaraq Avropa Məhkəməsinə göndərilməsi lazımdır”, – deyə Zöhrabyan deyib.

O bildirib ki, amma Avropa strukturlarına Aşotyanın həbsinə nyə susursunuz sualını verəndə belə cavab alıb:

“Nikol bizim oğlumuzdur, Zelenski kimi, Saakaşvili kimi… Bütün beynəlxalq strukturlar Nikola ehtiyac olduğu halda heç bir qanunsuzluğu üzə çıxarmayacaqlar. Paşinyan onların bölgədə çəkdikləri yol xəritəsini həyata keçirir”, – deyə Naira Zöhrabyan əlavə edib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!