Avropa Birliyi Azərbaycanı sanksiya ilə hədələyir - “Bunların heç bir əsası yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Avropa Birliyi Azərbaycanı sanksiya ilə hədələyir - “Bunların heç bir əsası yoxdur”

Siyasət

27 Yanvar 2024 00:47 2776


Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrel Azərbaycana qarşı qərəzli ifadələrlə çıxış edib. Vitse-prezident öz çıxışında Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin Ermənistana qarşı ərazi iddiaları kimi səsləndiyini və bunun qəbuledilməz olduğunu bildirib. Avropa rəsmisi bu cür bəyanatların davamlı olacağı təqdirdə, Azərbaycana qarşı sanksiya qoyula biləcəyi ilə təhdid edib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zaur Məmmədov Avropa Birliyinin hər zaman olduğu kimi, bu məsələdə də Azərbaycana qarşı qərəzli mövqedə olduğunu bildirib.

“Avropa Birliyinin bu məsələyə müdaxiləsi yolverilməzdir. Çünki ölkələr arasında müxtəlif bəyanatlar səsləndirilə bilər. Ermənistanda dəfələrlə Azərbaycan torpaqlarına ərazi iddiaları ilə bağlı bir çox fikirlər səsləndirilib. O zaman Ermənistana da sanksiyaların tətbiq edilməlidir. Hazırda Azərbaycandan Ermənistana qarşı heç bir iddia yoxdur. Bu sadəcə olaraq bizə qarşı qərəzli qüvvələrin Azərbaycana təyziq vasitəsidir. Zəngəzur dəhlizinin açılması Azərbaycan tərəfindən çox istənilir, amma güc yolu ilə heç kim bu dəhlizi açmaq fikrində deyil. Yaxşı olar ki, Cozef Borel sübut etsin ki Azərbaycan tərəfinin belə bir istəyi var”.  Toyuqlu pizza

Politoloq Azərbaycanın yeganə istəyinin Ermənistan tərəfinin öz öhdəliklərini yerinə yetirməsi olduğunu qeyd edib.

“Azərbaycan tərəfi sadəcə olaraq Ermənistanın öhdəlikləri yerinə yetirməsini istəyir. Azərbaycan istənilən yolla Ermənistanı bu öhdəlikləri yerinə yetirməyə vadar edə bilər. İstənilən yol dedikdə, burada siyasi bəyənatlar və diplomatik təsir mexanizmləri nəzərdə tutulur. Yaxşı olardı ki, Avropa ittifaqı Azərbaycan və Ermənistan arasındakı dialoqa birtərəfli və təyziq vasitəsi kimi yanaşmasın. Əks halda onlar iki ölkə arasında davam edən danışıqlar prosesindən kənarda qalacaq”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!