Avropa Şurası Ukraynanın Həmrəylik Etimad Fondu çərçivəsində vəsait toplamaq üçün vaxtında beynəlxalq konfrans təşkil etməyə çağırır.
Yenisabah.az xəbər verir ki, bu barədə Aİ sammitinin birinci günün yekunlarına dair bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: “Avropa İttifaqı Ukrayna hökumətini təcili ehtiyaclarında və Rusiyanın hücumundan sonra demokratik Ukraynanın bərpasında dəstəkləməyi öhdəsinə götürür. Bu məqsədlə Avropa Şurası Ukrayna ilə Həmrəylik Etimad Fondunun yaradılmasına razılıq verir və beynəlxalq tərəfdaşlarını da iştiraka dəvət edir, həmçinin hazırlıq işlərinə dərhal başlanmağa çağırır. O, Avropa Komissiyasını Ukraynaya lazımi islahatların aparılmasına kömək etmək üçün texniki yardımı davam etdirməyə çağırır”. Marqarita pizza
Sənəddə vurğulanır ki, Avropa İttifaqı koordinasiyalı siyasi, maliyyə, maddi və humanitar dəstəyi davam etdirəcək:
"İndiyədək Avropa İttifaqı Rusiya və Belarusa böyük təsir göstərən ciddi sanksiyalar tətbiq edib və boşluqları bağlamağa, faktiki və mümkün yayınma hallarını hədəfə almağa, Rusiya və Belarusa qarşı daha da koordinasiya olunmuş sərt sanksiyalarla cəld hərəkət etməyə hazırdır. Rusiyanın aqressiyasını davam etdirmək qabiliyyəti. Avropa Şurası bütün ölkələri bu sanksiyalara qoşulmağa çağırır. Sanksiyalardan yan keçmək və ya Rusiyaya başqa yollarla kömək etmək cəhdləri dayandırılmalıdır”.
Telegram kanalımız