Alimlər bildirirlər ki, hazırda Avropada baş verən quraqlıq son 500 ildən çox müddət ərzində ən şiddətlisi ola bilər.
Yenisabah.az xəbər verir ki, Avropa rekord həddə çatan temperaturla yanmağa davam edir.
Çayları qurudan və məhsullara ziyan vuran quraqlıq nəqliyyat, enerji və qida istehsalında ciddi çatışmazlıqlara səbəb olur .
Qərbi, mərkəzi və cənubi Avropada demək olar ki, iki aya yaxındır əhəmiyyətli yağış yağmadığından, meteoroloqlar qeyd edirlər ki, qitədəki quraqlıq son 500 ildən çox müddət ərzində müşahidə olunan ən şiddətli səviyyəyə çatmış ola bilər.
Telegram kanalımız