“Son dövrlər Avropadan bizə çox zəhərli “buludlar” gəlirdi və biz bunu görməyə bilməzdik. Biz bu prosesin səbəbinin nədən ibarət olduğunu anlayırıq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Analitik yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin fəaliyyətinin qeyri-müəyyən müddətə dayandırılmasının səsəblərini, habelə rəsmi Bakının AŞPA ilə yanaşı Avropa Şurasından çıxmaqla bağlı fikirlərini müzakirə edib. Marqarita pizza
Xatırladaq ki, bu gün yerli mətbuatda yayımlanan məlumatlarda qeyd olunub ki, rəsmi Bakı hazırda yalnız AŞPA-dan yox, ümumilikdə Avropa Şurasından çıxma prosedurunu araşdırır.
Məsələyə münasibət bildirən siyasi şərhçi T. Abbasovun fikrincə o dövrə qədər ki, biz işğalda mübarizə aparırdıq, həmin vaxt Avropa Şurası, Avropa İttifaqı, AŞPA və digər qurumların bu məsələ ilə bağlı səs-səmiri çıxmırdı:
“Axı bu dünyada həqiqətən ədalət də var, o cümlədən bu platformalar özü-özlüyündə dialoq üçün formalaşır ki, orada nümayəndələr ürəklə görüşüb, danışıb məsləhətləşsinlər. Lakin 1 dəfə də olsun ki, nə AŞPA, nə də Avropa Şurası Azərbaycanla bağlı ümidverici bəyanat səsləndirməyib, Ermənistanı məhkum etməyib, habelə Azərbaycanda olan böyük qaçqın və məcburi köçkün kütləsinin dərdinə yanmadı. Heç olmasa, bizə mənəvi bir dəstək də vermədilər”.
Onun sözlərinə görə, biz öz gücümüzlə bu problemlərin yükünü qaldırıb onları həll etdikdən sonra görürük ki, bizə münasibət köklü surətdə dəyişib:
“Axı bunlar nəyə görədir?! Azərbaycan artıq o qədər inkişaf edib ki, suveren hüquqlarından istifadə edir. Məhz buna görə də dünya birliyi qarşısındakı mövqeyimiz özünü doğruldub. Ölkəmiz 4 il Qoşulmama Hərəkatında sədrlik etdi. Çünki bizə inandılar, obyektiv mövqeyimizi, digər ölkələrə kömək göstərməyimizi, donorluğumuzu gördülər. Həmçinin biz göstərdik ki, tək özümüz üçün deyil, o cümlədən başqaları üçün də fəaliyyət göstəririk”.
Politoloq əmindir ki, Azərbaycanın inteqrasiyaya verdiyi pay həddən artıq böyükdür:
“Əlbəttə ki, bundan sonra da Azərbaycan Avropasız dolana bilər. Bizdən fərqli olaraq, onların Azərbaycan asılılığı mövcuddur. Hazırda qış mövsümüdür, Avropadan enerji daşıyıcılarının idxalını dayandırıb Azərbaycanın qazı hesabına dolanırlar, ölkəmiz oraya yaşıl enerji ötürür. Biz bilirik ki, Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan dördtərəfli saziş imzalanmışdı. Bəyəm biz bu proseslərin hamısında Avropanın maraqlarını pozmuş, onlara təhdid törədib, problem yaratmışıq?! Xeyr! Avropaya və bölgəmiz üçün problem yaradan, əksinə, Ermənistandır. Niyə onun haqqında danışmırlar?! Necə olur ki, bunlar işğalçını dəstəkləyirlər, amma işğalın qurbanı olan Azərbaycanı gözüm-çıxdıya salırlar?! Deməli, onların burada başqa planları var. Onların planları isə bundan ibarətdir ki, avropalılar Cənubi Qafqazda özləri üçün platforma düzəldib buraya yerləşsinlər, bazalarını yaratsınlar və Rusiya, İran və Türkiyəni bölgədən uzaqlaşdırsınlar. Bunlar hamısı bizə bəllidir. Təsadüfi deyil ki, Vatikan katolik kilsəsinə yaxın dairələr Rusiyanın əli ilə Cənubi Qafqaza erməniləri köçürmədilər. Bunlar təsadüfi deyildi. Burada böyük məkr, hazırlıqlar və planlar var idi”.
Ekspertin qənaətinə görə, Avropa oldu-olmadı biz onsuz da özümüzü dünya meridianlarında tapmışıq:
“Azərbaycan özünə güvənən, ehtiyat bazasını yaradan bir məmləkətdir, xeyli sayda valyuta və qızıl ehtiyatlarımız var, dünyada nüfuzumuz mövcuddur. Bunlar da özünəməxsus fəallıq göstəriciləridir. Odur ki, İrəvanın passivliyi yönündə avropalılar bizim aktivliyimizi inkar etmək istəyirlər. Doğrudur, biz Avrasiya məkanında yoxuq, lakin il yarım bundan əvvəl Avrasiya İqtisadi İttifaqının Zirvə Toplantısında Prezident İlham Əliyevi dəvət etmişdilər. Dövlət başçısı söyləmişdi ki, bizim sözügedən təşkilatda üzvlüyümüz yoxdur, amma Ermənistanı çıxmaq şərti ilə 5 milyard dollar civarında həmin ölkələrlə mal dövriyyəsi var. Çünki biz Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və digər ölkələrlə ikitərəfli münasibətləri üstün tuturuq. Hamısı ilə münasibətlərimiz var və onlar bizim üçün dostdur”.
“Bu gün Avropa İttifaqında vicdan səsi yoxdur. Vicdan səsi yoxdursa, deməli, vicdanın özü də yoxdur. Odur ki, bu təşkilatla münasibətlərimizi dayandırırıq və burada bizim üçün böyük bir faciə yoxdur. Ümumiyyətlə, bu, bizə görə heç itki də deyil. Əksinə, biz xalqımıza və dövlətimizə düşmən çıxan qüvvədən uzaqlaşırıq ki, bu da bizim qazancımızdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız