Avropada sığınacaq: Müraciət edənlərin sayı artıb

Avropada sığınacaq: Müraciət edənlərin sayı artıb

Dünya Veb saytların hazırlanması

10 Sentyabr 2023 09:11 377


2023-cü ilin ilk yarısında Avropa İttifaqına üzv ölkələrə, həmçinin Norveç və İsveçrəyə sığınacaqla bağlı 519 min nəfər müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Aİ Sığınacaq Agentliyi məlumat yayıb.

Qurum hesab edir ki, ilin sonunadək rəqəm 1 milyonu keçəcək.

Müraciət edənlərin sayı ötən illə müqayisədə 28% çoxdur. Artımın səbəbi bir çox ölkədə siyasi, iqtisadi və ekoloji vəziyyətin pisləşməsidir. Say çoxluğuna görə ilk sıralarda Suriya, Əfqanıstan, Venesuela və Kolumbiya gəlir. Ümumi müraciətlərin 44%-i sözügedən ölkələrin payına düşür.

İddiaçıların 30%-i Almaniyaya, 17%-i İspaniyaya, 16%-i isə Fransaya müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!