Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

saytların hazırlanması

Evə çatdırılma

Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Dünya

06 Noyabr 2023 13:40 609


Avstraliya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına bir sıra malların tədarükünü qadağan edərək Moskvaya qarşı yeni sanksiyalar elan edib. 

Editor.az bu barədə Avstraliyanın Daxili İşlər Departamentinə istinadən xəbər verir. 

Avstraliyanın yeni məhdudiyyətlərinin məişət texnikası və elektrik avtomobillərinin hissələrinə təsir etdiyi məlumdur. Avstraliyanın xarici işlər naziri Penni Voqanın əmrinə əsasən, mexaniki ötürücülü və ya olmayan bütün növ alətlərin hissələrinin və ehtiyat hissələrinin, habelə presləmə üçün nəzərdə tutulmuş maşınların hissələrinin və ehtiyat hissələrinin Rusiyaya ixracı qadağandır.  Marqarita pizza

Avstraliyanın Daxili İşlər Departamenti bəyan edib ki, səs yazıcıları, dinamiklər və televiziya şəkillərini və səslərini yazmaq üçün cihazların idxalı da qadağan olunacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!