Avstraliya Ukraynaya maliyyə yardımını artırdı

saytların hazırlanması

Evə çatdırılma

Avstraliya Ukraynaya maliyyə yardımını artırdı

Dünya

31 Mart 2022 14:33 444


Avstraliya Ukraynaya silah, ərzaq və dərman almaq üçün daha 25 milyon dollar (18,7 milyon ABŞ dolları) maliyyə göndərəcək.

Yenisabah.az xəbər verir ki, bunu ölkənin baş naziri Skott Morrison parlamentdə çıxışı zamanı deyib.

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski Avstraliya federal parlamentində videomüraciətlə çıxış edib. Toyuqlu pizza

Bundan dərhal sonra deputatlar qarşısında çıxış edən Baş nazir Zelenskinin tələb etdiyi əlavə yardımın göstəriləcəyini deyib. "Daha 25 milyon Avstraliya dolları müdafiə avadanlığı, radar sistemləri, qida və dərmanların alınması üçün istifadə olunacaq", - deyən Morrison Kanberranın Kiyevə ümumi yardımının 116 milyon Avstraliya dollarına (86,7 milyon dollar) qədər artacağını qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!