Avstraliyada təyyarə qəzası oldu:   Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Avstraliyada təyyarə qəzası oldu: Ölənlər var

Dünya

19 Dekabr 2021 10:33 671


Avstraliyanın Kvinslend ştatının Redkliff şəhəri yaxınlığında yüngül təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.

Yenisabah.az xəbər verir ki, bu barədə bazar günü Kvinslend ştatının polisi məlumat yayıb.

“Bu səhər Redklif yaxınlığında baş verən təyyarə qəzasında 4 nəfər həlak olub”, - deyə məlumatda bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, “kiçik təyyarə Redklif sahillərində sulara düşüb”, insident yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 03:00) baş verib. Dominos pizza

Təyyarədə neçə nəfərin olduğu barədə hələlik məlumat verilmir. Hazırda faktla bağlı araşdırma aparılır. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!