Avtomobil alanlara ŞAD XƏBƏR - Bu maşınlar ucuz satılır 

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil alanlara ŞAD XƏBƏR - Bu maşınlar ucuz satılır 

Sosial

05 İyun 2024 14:30 7943


İyulun 1-də taksilərlə bağlı qüvvəyə minəcək qərarla əlaqədar avtomobil bazarında canlanma müşahidə edilir. Hazırda istehsal tarixi 15 ildən artıq olan avtomobillər qat-qat ucuz qiymətə satılır. Belə olan təqdirdə avtomobil bazarında ciddi ucuzlaşmanın olacağı proqnozlaşdırılır. 

Bəs bu tendensiya növbəti aydan etibarən necə davam edəcək? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, iyulda ucuzlaşma dinamikası daha yüksək olacaq:  pizza hut

“Bu qərarla bağlı məlumatlar mətbuata çıxan ilk günlərdən elan saytlarında artıq bu avtomobillərin kütləvi satışı başlamışdı. Hətta, sosial şəbəkələrdə 1 Prius alana 1-i "hədiyyə” edilirdi. Çünki avtoparklar bu qəbildən olan köhnə maşınlardan azad olub, onların yerinə yeni avtomobillər alıb, yeni qaydalar əsasında işləməyə çalışacaqlar. Ona görə bu avtomobillərin qiyməti ilk gündən düşüb və gələn ayın 1-dən təxminən 20-30 faiz civarında yenə də enəcək. Bunun fonunda daha çox yerli istehsal olunan avtomobillər və bazara yeni daxil olmuş 25-30 min manat arası təqdim olunan Çin maşınları satılacaq”. 

Eyyub Əliyev artıq alıcıların da buraxılış ili köhnə maşın almadıqlarını qeyd edib: 

“Ümumiyyətlə, biz son vaxtlar nəzər salsaq, alıcılar əvvəllər ili köhnə olan alman, yapon və rus maşınlarını almağa üstünlük verirdi. Artıq utilizasiya ilə bağlı xəbərlər çıxandan və sentyabrda tətbiq olunacağı bilinəndən sonra tendensiya dəyişdi. Artıq hər həftə avtomobil bazarlarında olduqca yüksək sıxlıq yaşanır və hər kəs buraxılış ili köhnə maşınlarını satmağa çalışır. Yaxşı olardı ki, Mərkəzi Bank bu vəziyyətdə ili təzə maşınların kredit faizlərini aşağı salardı və bizim avtoparklarımız daha tez yenilənərdi. Bu həm vətəndaşlar, həm də ekologiya üçün faydalı olardı”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!