Avtomobil almağa imkanı olmayanlara MÜJDƏ: Sərfəli qiymətə təzə maşınlar satılır

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil almağa imkanı olmayanlara MÜJDƏ: Sərfəli qiymətə təzə maşınlar satılır

Sosial

08 Noyabr 2024 11:44 22783


Azərbaycanda artıq bir neçə ildir ki, Naxçıvan, Hacıqabul, Neftçala və Gəncə kimi şəhərlərində yerli yığım avtomobillər hazırlanır. Sözügedən Sənaye zonalarında “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilir. Yerli maşınlara tələbat olduqca yüksəkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə yerli yığım avtomobillərin satışı təqribən 60% artıb. Üstəlik, bu nəqliyyat vasitələrini alanlara olduqca sərfəli güzəştlər tətbiq olunur.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, hazırda bu maşınlar sərfəli daxili lizinq şərtləri ilə satılır:

“Söhbət maşınların satışındakı güzəştlərdən gedirsə, yerli istehsal avtomobillər onsuz da sərfəli daxili lizinq şərtləri ilə satılır. Hətta bu maşınları alan şəxsin bank gecikməsinə də nəzər yetirilmir. Çünki həmin maşınlar sosial vəziyyəti aşağı olan insanlar üçün nəzərdə tutulub. Ona görə bu kateqoriyadan olan şəxslərə nəqliyyat vasitələrini maksimum güzəştli şərtlərlə verirlər”.  pizza mizza

E. Əliyev qeyd edib ki, güzəştlər daha çox maddi gəliri aşağı olan insanların avtomobillə təmin olunması üçün nəzərdə tutulub:

“Alıcıların dərindən araşdırılmır. Yəni onsuz da bu avtomobillər maddi gəliri aşağı olan insanlar üçün minimal ilkin ödənişlər satılır ki, onlar maşınlardan, el dili ilə desək, “çörək ağacı” kimi istifadə edə bilsinlər. Təbii ki, bu, alqışlanası bir addımdır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Xəyyam
    Salam.ilkin ödəniş nə qədər və aylıq ödəniş nə qədər?
    2 years ago
  • Arzu
    Çox gözəl bizdə isdiyerdik
    2 years ago
  • Elmir
    Salam.Sozu geden masinlari nece elde etmek olar?Zehmet olmasa melumat vererdiniz. Elaqe nom: 070 322 10 84
    2 years ago
  • Əsəd
    Məmuniyyətlə nəqd alardım ,lakin bu məlumatda ünvan göstərilməyib.Bunu necə realaşdirmaq olar.Satış bazarın ünvanını qeyd edin.
    2 years ago
  • Nicat
    Salam axşamınız xeyir olsun.Mən VGV marka maşınla maraqlanıram.
    2 years ago
  • Rza
    Salam etrafli melumat vererdiz 6 7 min elimde pilim var
    2 years ago
  • Rahim
    Şərtlər necedi kreditle mümkündü ?
    2 years ago