Avtomobillərin konstruksiyasına dəyişiklik edən sürücülər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Avtomobillərin konstruksiyasına dəyişiklik edən sürücülər saxlanıldı

Hadisə

28 Avqust 2022 19:57 1290


Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması,eləcə də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər zamanı xüsusilə də  nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücülər müəyyən olunub. Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib ediblər. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!