Xalq artisti Brilliant Dadaşova Ermənistanın cəbhədə törətdiyi təxribatlara münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bu məsələyə "qafiyəli nəsr"lə yanaşıb:
“Sən bayrağımı yandırmağında ol, biz onu ana Vətəndə ucaltdıqca, qəhər səni boğsun. Saral, sol… Toyuqlu pizza
Özün seçmisən bu aqibəti. Uzadırsan çoxdan bitmiş haqq-hesabı. Bizə qarşı əslərlə boyu qəlbdə bəsləmisən qısqanclığı, nifrəti. Ürəkdən çəkmisən paxıllığı, gizlətmisən həsrəti. Anlamırsan, tülkü aslana edə bilməz ədavəti. Uduzar rəqabəti… Özün gətirirsən öz xalqının başına müsibəti. Ay dilsiz, ağızsız, bayrağa güc göstərən, eşşək. Özgə atına minən tez düşər. Bil ki, budur tək gerçək”.
Telegram kanalımız