Ayətullah Xamnəi: Mərhum prezident sərhəd məsələlərində çox həssas idi

saytların hazırlanması

Evə çatdırılma

Ayətullah Xamnəi: Mərhum prezident sərhəd məsələlərində çox həssas idi

Dünya

22 May 2024 14:46 541


Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda İranın Ali dini lideri Ayətullah Əli Xamnəi ilə görüşüb.

Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, hökumət başçısı prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onları müşayiət edən digər şəxslərin vəfatı ilə bağlı anım mərasimində iştirak etmək üçün İrana gedib.

Görüşdə Paşinyan Ermənistan hökuməti və xalqı adından şəxsən Əli Xamnəiyə və İran xalqına başsağlığı verib.  Toyuqlu pizza

Ayətullah Xamnəi İran və Ermənistanın tarixi-coğrafi birliyi və ortaq maraqlarına işarə edib: “İslam Respublikasının Ermənistanla əlaqələrini genişləndirmək siyasəti prezident əvəzi Müxbirin rəhbərliyi altında davam edəcək. İranla Ermənistanın münasibətlərinin əleyhdarları var və buna əsaslanaraq iki ölkə ilə bağlı məsələlərə ehtiyatla yanaşılmalıdır. Mərhum prezidentimiz Ermənistanla bağlı sərhəd məsələlərinə və bu iş ətrafında cərəyan edən hadisələrə çox həssas yanaşırdı. Həssaslıq və ehtiyatlılıq yenə də nəzərə alınmalı və öz maraqlarımızı qoruya bilməliyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!