Aygün Kazımova Rəhimdən danışdı: “Sonuncu dəfə dünən...“ - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Aygün Kazımova Rəhimdən danışdı: “Sonuncu dəfə dünən...“ - VİDEO

Şou

30 Sentyabr 2022 15:01 1605


Rəhim Rəhimlinin vida mərasimində iştirak edənlərdən biri də Aygün Kazımova olub.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, Xalq artisti Aygün Kazımova xatirələrini bölüşüb: "Gözəl arzuları var idi. Gözəl layihələr planlaşdırmışdıq, duet də oxumuşduq bərabər. Təzə mahnı da aldım ondan. Gözəl formada idi, arıqlamışdı. Deyirdi necəyəm, aşkım, yaxşıyam? İmicimi dəyişmişəm, başqa cür olmuşam...

Ürəyində arzular getdi. Çox böyük arzuları var idi yaradıcılıqla bağlı..." Dördpendirli pizza

A.Kazımova mərhumla son görüşündən də danışıb: "Dünən yazdım ona. Hər gün yazışırdım. Yazmayanda bilirdim məşğuldur. 2-3 gün qabaq tədbirdə bərabər idik. O elə-belə dərdini bölüşən insan deyildi. Ayağı sınmışdı, axıra qədər müalicə də almamışdı. Ona görə də ayağı şişirdi. Ancaq ən yaxın dostları ilə dərdini bölüşürdü.

Rəhim şou-biznesdə ən yaxın sirdaşım idi. Hər şeyi ona danışırdım. Arxadan zərbəni bir ondan gözləmirdim. Başımız sağ olsun, belə bir sənətkarımızı itirdik.."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ebu Zerr
    Acımız böyükdür(((( Ayəəə bu aygündü maygülüdü niye şehid defnlerinde göze deymirler bes?
    4 years ago