Ayk Xanumyan erməniləri ifşa etdi

saytların hazırlanması

Evə çatdırılma

Ayk Xanumyan erməniləri ifşa etdi

Hadisə

24 Avqust 2022 13:49 1728


30 illik işğaldan sonra Laçının yaşayış məntəqələrinin Azərbaycanın nəzarəti altına qaytarılması erməni cəmiyyəti tərəfindən bir növ ən yüksək ədalətsizliyin və xəyanətin təzahürü kimi qiymətləndirilir. Ermənilər hər yerdə və hər kəsdə satqın axtarırlar, özlərindən başqa.  

Son həftələrin isteriyası o həddə çatıb ki, Qarabağın" ərazi idarəetmə naziri" Ayk Xanumyan kifayət qədər emosional bəyanatla çıxış edib. O, öz yurddaşlarını oğurluq, qarət və yalanda ittiham edib.

O, Facebook səhifəsində yazıb ki, avqustun ortalarında yerli yarımstansiyadan Zabux və Laçına elektrik enerjisinin verilməsi dayandırılıb və bu yaşayış məntəqələri elektrik enerjisini Xankəndidən yeni xətlə almağa başlayıblar. Bir neçə gündən sonra yanğın bu yeni elektrikötürücü xəttini məhv edib. Bundan sonra Laçındakı yarımstansiyadan transformator yağı oğurlanıb, Zabuxda talançılar optik-lif kabelini oğurlayıblar və Qarabağda internet yoxa çıxıb. Sonra oğrular rabitə qülləsini talan edərək onları metal qırıntılarına çeviriblər, Xanumyan yazır. Dominos pizza

Bu, Qarabağ "hakimiyyəti”nin evləri yandırmamaq və infrastrukturu talan etməməkə bağlı  yerli əhaliyə çağırışına baxmayaraq, baş verib.

Xanumyan Ermənistandan olan və Laçında yanğınlar törədən saxta vətənpərvərləri Qarabağ “hakimiyyəti”ni gözdən salmaqda və ermənilərin maraqlarına zərbə vuran dezinformasiyanın yayılmasında ittiham edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!