Aylardır axtarılan əsgərimizin bu gün şəhid xəbəri gəldi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Aylardır axtarılan əsgərimizin bu gün şəhid xəbəri gəldi - Foto

Sosial

16 Dekabr 2020 22:50 995


Vətən müharibəsində daha bir hərbçimizin şəhid olduğu məlum olub.

Yenisabah.az xəbər verir ki, Qazax rayon sakini, 1995-ci ildə Ürkməzli kəndində anadan olmuş Kərimov Kamil Ələddin oğlu Vətən müharibəsində Murovdağ istiqamətində qəhrəmancasına döyüşüb.

Müddətdən artıq həqiqi hərbi xidmətdə olan K.Kərimov sonuncu dəfə ailəsi ilə müharibənin başlanmasından bir gün öncə telefonla danışıb. Pepperoni pizza

Həmin gündən sonra onunla bağlı heç bir məlumat olmayan ailəsi Kamildən çox narahat idi. Bu gün isə onun şəhid olduğu məlum olub.

Şəhidimiz sabah Ürkməzli kənd qəbristanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin!

/Report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!