“Ukraynanın büdcə xərclərini ödəmək üçün Qərb ölkələrindən aylıq 9 milyard dollar iqtisadi yardıma ehtiyacı var”.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.
“Sonrakı aylarda ayda 5 milyard dollar əvəzinə 9 milyard dollar almalıyıq”. – deyə o əlavə edib. pizza sifarişi
Xatırladaq ki, bundan əvvəl Ukrayna Maliyyə Nazirliyi məlumat vermişdi ki, dövlət büdcəsinin gəlir hissəsinin üçdə ikisi kreditlər və qrantlarla doldurulur. Buna əsasən, ölkənin baş naziri Denis Şmiqal Ukraynanın büdcə kəsirinin ayda 5 milyard dollar olduğunu açıqlayıb.
Apreldə o, qısa müddətdə Kiyevin ayda 4-5 milyard dollar məbləğində maliyyə yardımına ehtiyacı olduğunu proqnozlaşdırmışdı.
Telegram kanalımız