“Bu günlərdə bir neçə gözləmədiyim hadisə baş verdi. O anlarda özümü sıxıb, gücsüzləşməyə icazə verməsəm də... Təxmini bir saat öncə ruhum dedi ki, “Yetər””.
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkə hesabında yazıb.
O, başına gələn hadisələr barədə yazıb: Toyuqlu pizza
“Həyatın verdiyi bütün dərslərinə, sınaqlarına açıq insanam və nə baş verdiyindən asılı olmayaraq üsyan etmərəm... Əksinə hər şeyin bir səbəbi olduğuna inanaram. Bir şey var ki, biz əslində hamımız sizin kimi bəzən ən çətin zamanlardan keçirik və o anda kimlərin yanımızda olduğunu görürük.
Hər baş verən hadisə qərar verməkdə çətinlik çəkdiyimiz bəzi yaşantılarımıza cavab tapmağa yardımçı olur. Ona görə də sevgi ilə gəbul edib neqativi yola salın. Həyatınıza yalnız bol sevgi gəlsin”.
Telegram kanalımız