Aynur Niamla evliliyindən danışdı: “Həyatımı məhv etdim”

saytların hazırlanması

Evə çatdırılma

Aynur Niamla evliliyindən danışdı: “Həyatımı məhv etdim”

Şou

31 Avqust 2022 14:11 1316


Müğənni Aynur Dadaşova həmkarı və duet ortağı Niyam Salaminin onunla evlilik şousunun oğlu ilə arasında qalmaqal yaratdığını etiraf edib.

Yenisabah.az xəbər verir ki. Prodüser, aparıcı Tarix Əliyevin (Tolik) “YouTube” layihəsində qonaq olan xanım sənətçi bu şounun ona baha başa gəldiyini deyib:

“Bilirdim ki, bu, şoudur. Oğluma Niyamla ailə qurmaq məsələsini başqa cürə çatdırdılar. Onu başqa fikirlərlə mənə qarşı doldurdular, qalmaqal yaratdılar. Ana ilə övladın arasına girmək olmaz. Oğlumun 16 yaşı var. Onunla söhbətim oldu. Dedim ki, sənətimə özün bələdsən. Getdiyim yerə mənimlə birgə gəl və yanımda ol. Sənin anan yanlış həyat tərzi yaşayan qadın deyil. Oğluma söylədim ki, sən ananla fəxr edə bilərsən. pizza

Sabah bir dostunun, yaxınının yanında müğənni olmağıma baxmayaraq mənə görə utana bilməzsən. Ona görə deyirəm ki, həyatımı məhv etdim”.

Xatırladaq ki, bir müddət əvvəl müğənni Niyam Salami həmkarı ilə evlənəcəyini açıqlasa da, bir müddət sonra bunun şou xarakterli zarafat olduğunu bildirmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!