Aysel Teymurzadə gözəl xanımdır. Allah onu elə yaradıb ki, simasında həm gözəllik, həm də təbiilik var. Amma son günlər yayılan xəbərlər onu göstərir ki, taleyi siması qədər gözəl deyilmiş. Görünür, onun da qisməti beləymiş...
Karyerası yenicə parlamağa başlayanda ailə həyatı qurdu. Arzularını, xəyallarını, perspektivlərini gözardı etdi. Bəlkə də arzusu karyera yox, gözəl bir ailə qurmaq olub. Buna görə də ikincini seçdi, özündən 16 yaş böyük bir şəxslə evləndi, ardınca da 3 uşaq. Və Aysel soldu...
Evli kişilərin paralel olaraq ikinci həyat yaşaması qədər iyrənc şey yoxdur. Elə qadınların da. Evli adam kənarda başqası ilə görüşəndən sonra öz evinə, uşaqlarının yanına hansı üzlə qayıda bilər? Həyat yoldaşı ilə eyni yataqda necə yata bilər? Düşüncəmə görə bu normal deyil. Amma görünür, bu həyatı seçənlər üçün belə hal sıradandır. Yayılan məlumatlara görə Aysel Teymurzadənin həyat yoldaşı Murad Adıgözəlzadə onu öz rəhbərliyi altında işləyən skripkaçı qızla aldadıb. Yox, yox aldatmayıb deyəsən... Elə qıpqırmızı deyib ki, başqasını sevir. Hətta deyilənə görə həmin skripkaçı ilə evlənmək niyyəti də var. Dominos pizza
Adamın "yarıyanlardan olsun" deməyə də dili gəlmir...
Güman ki, bu evlilik qərarına kimi Murad uzun müddət həmin skripkada romantik melodiyalar dinləyib. Dinləyib, düşünüb, ağlında yeni məhəbbəti, yanında həyat yoldaşı, 3 övladının anası olub. İşin üstü açılanda isə... Azərbaycanda ailələr ən müxtəlif səbəblərdən dağılır. Xəyanət səbəbindən dağılan ailələr bəlkə də ən ağır travma alan ailələrdir. Sevdiyini başqası ilə paylaşmaq, başqasının yanında görmək. Bu, övladlar üçün də dözülməz olmalıdır hər halda.
Ailə iki nəfərin arasında qurulan dünyadır. Kənar heç bir şəxs ailə içində nə baş verdiyini tam bilə bilməz. Bilsə də, anlaya bilməz. İndi Aysellə Muradın arasında nə baş verdiyini bilmirik. Bilinən odur ki, o boyda kişi ailəsini bir kənara qoyaraq ən pis hərəkəti edib. Ailəli kişi ilə flört edən qadın da eyni dərəcədə pis iş görüb. Evli kişiyə könül verən qadın süfrədəki artıqlara tamah salan varlıq deməkdir. Bu, hər zaman belə olub.
Görünən odur ki, indi ortada ailə deyə bir şey qalmayıb. Amma qalsa belə, çətin olacaq. Güman ki, Aysel böyük depressiya yaşayacaq, ya da artıq depressiyadadır. Uzun müddət özünə gələ bilməyəcək. Həyat yoldaşının fiziki olaraq onun yanında, ruh olaraq başqa yerdə olması onu darmadağın edəcək. Susacaq, ya da dayanmadan danışacaq. Harada səhv etdiyini axtaracaq. Ağlına gəlməyənlərin başına niyə gəldiyinin səbəblərini tapmaq istəyəcək. Ən güvəndiyi adamdan aldığı zərbədən illərlə özünə gələ bilməyəcək. Hər kəsə, hər şeyə güvənini birdəfəlik itirəcək. Güvən elə bir hissdir ki, onu ikinci dəfə itirmək şansın olmur.
Evlilik sədaqət deməkdir. Ləyaqət deməkdir. Hörmət, ehtiram, minnətdarlıqdır. Gərək ayrılıqda da ləyaqət olsun, şərəf qorunsun. Evlilik axı həm də məsuliyyətdir: Bu yükü hər kişi və ya qadın daşıya bilmir...
Elnur Məmmədli
Telegram kanalımız