Əri Eşqin Cəlilovla bir müddət əvvəl barışan müğənni Aysun İsmayılova aralarındakı söz-söhbətdən danışıb.
Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 Canlı” proqramında qonaq olan müğənni ailəsinə müdaxilələr olduğunu etiraf edib:
“Hər ailədə problem olur. Elə bilirdim təkcə bizdədir, amma sonra gördüm, hər kəsdə belədir. Ailəni qorumaq, xüsusən sənətçi üçün çox çətindir. Aramızda qadağalar olmayıb, səhv hərəkətim olmayıb ki, mənə qadağa qoysun. Onsuz da o ailə quranda bilirdi ki, kiminlə ailə qurur. pizza mizza
Düşünürəm ki, ailədə hər şeyi məsləhətləşmək lazımdır. Mən özbaşına deyiləm, bir iş görəndə ailəmlə, anamla, ərimlə mütləq məsləhətləşirəm.
Ailə problemimiz tamam başqa idi. Müdaxilələr vardı. Bu, ikimizin arasında olan bir şey idi. Bugünümə şükür, oldu, keçdi, inşallah, bir də olmaz”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız