Müğənni Aysun İsmayılova övladının ona bənzəməsini istəyir.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, gənc ifaçı bu barədə qonaq olduğu “Səhər mərkəzi” proqramında deyib.
A. İsmayılova bildirib ki, gələcəkdə ana olarsa, sadaladığı xüsusiyyətlərinin övladında da olmağını arzulayır: pizza sifarişi
“Bir az şıltağam, enerjim çoxdur. Bir tərəfdən sakit insanam. Yalan danışmaram, sadiq insanam. İstəyirəm ki, övladım mənə bənzəsin”.
Bundan əlavə, Aysun özünü başqa sahədə yox, şou-biznesdə gördüyünü bildirib:
“Özümü başqa sahədə görmürdüm. Gözəllik salonum, atelyem var. Amma bu şou-biznesə marağım böyük idi”.
Telegram kanalımız