Aytən Səfərovadan Kamran Həsənliyə CAVAB  

saytların hazırlanması

Evə çatdırılma

Aytən Səfərovadan Kamran Həsənliyə CAVAB  

Sosial

22 Yanvar 2025 08:51 11676


Aparıcı Aytən Səfərova həmkarı Kamran Həsənlinin "Xəzər TV"ni tənqid etməsinə reaksiya verib.

“Yeni Sabah” Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bununla bağlı instaqramında video yayımlayıb.

Aytən videoya "Xəzər TV"nin israrla bayağı olmasını İTV-də iddia edənlər zənnimcə bu günə qədər reklam fasiləsində qalıb verilişə qayıtmayanlardır. Və ya qaytarılmayanlar" sözlərini yazıb.  pizza hut

Qeyd edək ki, Kamran Həsənli İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Xalq artisti, "Xəzər TV"nin rəhbəri Murad Dadaşovun "Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır"  sözlərinə belə münasibət bildirib:

"Murad Dadaşovun qəribə açıqlamasın eşitdim. Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar. Birbaşa milləti təhqir edirlər. Ədəbiyyatda Hüseyn Cavidi, Xəlil Rzanı, Mikayıl Müşfiqi yaradan millət günahkardır. Yəni onun səviyyəsi o qədər aşağıdır ki, axırda maaş verəcək deyə pis veriliş etməlidir ki, baxılsın. Bəlkə də dünyada yeganə xalq bizik ki, qürurla, açıqca deyirik ki, biz televizora baxmırıq".  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Kamran TAMAMİLƏ DÜZ DEYİR. İTV - dən başqa baxılması kanal YOXDUR. Hamısında açıq- saçıq aparıcılar və müğənnilər yer alıb.
    1 year ago
  • Səmədağa
    Azərbaycan teleməkanı o qədər səviyyəsiz hala düşüb ki,... Artistlərin sayəsində.
    1 year ago