Ayvazyan bu gün Moskvada Lavrovla görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Ayvazyan bu gün Moskvada Lavrovla görüşəcək

Siyasət

17 Fevral 2021 15:53 535


Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskvaya səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündə əsas iki məsələ gündəlikdə olacaq. Belə ki, nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə qəbul olunmuş üçtərəfli bəyanatlarının reallaşdırılmasını və erməni hərbi əsirlərin geri qaytarılmasını müzakirə edəcəklər. Marqarita pizza

A. Naqdalyan qeyd edib ki, nazirlər regional kommunikasiya və nəqliyyat xətlərinin bərpası barədə də fikir mübadiləsi aparacaqlar. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!