Ayvazyan Nikolla yollarını ayırır -   Məğlubiyyətdən sonra vəzifəyə təyin olunanların dramı

saytların hazırlanması

Evə çatdırılma

Ayvazyan Nikolla yollarını ayırır - Məğlubiyyətdən sonra vəzifəyə təyin olunanların dramı

Siyasət

13 Mart 2021 13:33 1189


Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Ermənistanda hərbçilərin bəyanatının, Paşinyandan fərqli olaraq, dövlət çevrilişinə cəhd kimi dəyərləndirməməsinin səbəbi bəlli olub.

Yenisabah.az xəbər verir ki, bunu “Past” qəzeti yayıb.

“Ayvazyan Paşinyan hökumətində 10 noyabr bəyanatından sonra işləməyə izn verməklə tələyə düşdüyünü anlayıb və belə demarşla sonuncunun onu qovmağa çalışmasına cəhd edir. O başa düşür ki, indiki mərhələdə Paşinyanın hökumətinin əməkdaşlarına, xüsusilə də məğlubiyyətdən sonra təyin olunanlara heç bir əfv olmayacaq. Ayvazyan çalışır ki, həyatındakı bu biabırçı səhifəni çevirə bilsin. Sezar pizza

Yeri gəlmişkən, bir neçə gün əvvəl yazmışdıq ki, xarici işlər naziri də vəzifəsindən azad ediləcək. Bizim məlumatımıza görə, o, iki dəfə işdən azad olunmaq barədə müraciət etsə də, Paşinyan onu qalmağa razı salıb ki, situasiya pisləşməsin”, – deyə xəbərdə bildirilib. (Axar.az)

Qeyd edək ki, ötən gün Ayvazyan “Əl Ərəbiyə” kanalına müsahibəsində Baş Qərargahın bəyanatının hərbi çevrilişə cəhd olmadığını bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!