AZAL Gəncəyə uçuş heyəti göndərdi

saytların hazırlanması

Evə çatdırılma

AZAL Gəncəyə uçuş heyəti göndərdi

Sosial

14 Yanvar 2025 10:40 235


Bakı hava limanında qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib. 

”Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.

Heydər Əliyev Beynəlxaq Aeroportunda hava şəraiti yaxşılaşdıqca, təyyarələr tədricən Bakıya yola düşəcək. pizza

Belə ki, Moskva-Bakı marşrutu üzrə (J2-808) uçuş həyata keçirən AZAL-a məxsus təyyarələrdən biri artıq Gəncə Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Digər iki təyyarə də hazırda uçuşa hazırlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!