AZAL-ın təyyarəsinin “qara qutu“ları barədə Braziliya məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

AZAL-ın təyyarəsinin “qara qutu“ları barədə Braziliya məlumat yaydı

Sosial

04 Yanvar 2025 11:59 40481


Braziliyanın Aeronavtika Komandanlığının texniki mütəxəssisləri Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin "qara qutuları"nın deşifrə olunmasına başlayıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı məlumat yayıb.

"Qara qutu"lardan əldə edilən məlumatlar Qazaxıstan Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək. Məlumatların deşifrə olunmasında Qazaxıstandan olan 3 müstəntiq, o cümlədən Azərbaycan və Rusiyadan olan nümayəndələr iştirak edirlər.  Dördpendirli pizza

Xatırladaq ki, "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190" təyyarəsində 62 sərnişin və 5 ekipaj üzvü - ümumilikdə 67 nəfər olub. Təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samir
    Rus qazaxi vurub oldurmese yaxsidir
    1 year ago