AZAL Naxçıvana bilet satışını asanlaşdırdı - Video

saytların hazırlanması

Evə çatdırılma

AZAL Naxçıvana bilet satışını asanlaşdırdı - Video

Sosial

29 Avqust 2020 15:31 1207


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan, Naxçıvan-Bakı aviareyslərinə bilet satışı prosesini asanlaşdırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. 

Bildirilir ki, tələbatın çox olması səbəbindən aviaşirkətin bu istiqamət üzrə uçuşlarına aviabilet satışı növbə əsasında həyata keçirilir: Marqarita pizza

“Növbəyə yazılmaq üçün çağrı mərkəzimizlə əlaqə saxlamaq və sərnişinlərin sənədlərini saytımızdakı əks əlaqə forması və yaxud aşağıda qeyd olunan votsap nömrələri vasitəsilə yazılı şəkildə göndərmək lazımdır”.

“Azərbaycan Hava Yolları“ nəzərə çatdırıb ki, sözügedən uçuşlarla bağlı çağrı mərkəzlərinə telefonla müraciət etmək üçün ehtiyac yoxdur.

Həmin əlaqə vasitələri bunlardır:

Bakı-Naxçıvan uçuşları üçün: +994 55 204 65 54 (onlayn forma: https://help.azal.az/hc/az/requests/new…)

Naxçıvan-Bakı reysləri üçün: +994 60 487 30 11 (onlayn forma: https://help.azal.az/hc/az/requests/new…)⠀

Daha ətraflı məlumatı video təlimatdan əldə etmək olar: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!