Aktrisa Pərvin Abıyeva və aparıcı Azər Zahid arasında yenidən gərginlik yaşanıb.
Yenisabah.az olay-a istinadla Xəbər verir ki, bu dava Pərvinin "TikTok" hesabını itirməsi ilə nəticələnib.
Gərginlik onlar oyunda olarkən yaşanıb. Pərvinin sözlərinə görə, "TikTok" sıralamasında 3-cü yerdə olmağına son anda Azər və dəstəkçisi mane olub. pizza sifarişi
Bundan sonra Abıyeva əsəbiləşib və Zahidin haqqında təhqiramiz ifadələr səsləndirib. Azər də eynilə canlı yayım açaraq Pərvinə cavab verib. Bütün bu proseslərin sonunda o, aktrisanın profilini bağlatdırıb:
“O səhifə açılmayacaq. Bunu bilin. Mənə “ilişməyin”. Mənim üzərimdən pul qazanın, halalınız olsun. Amma mənə dil uzatmayın, heç bir yayımçı yayımımda mənə qarşı artıq-əskik bir söz desə, 5 qat ağır cavabını alacaq. Bilirsiz, niyə? Kişi kişi ilə rəqabət aparar, xanımla yox”.
Qeyd edək ki, onalr daha əvvəl də canlı yayımda dava etmiş, sonra barışmışdılar.
Telegram kanalımız