Azərbayacan əhalisinin sayı nə qədərdir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbayacan əhalisinin sayı nə qədərdir?

Sosial

18 Noyabr 2024 16:00 368


2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin sayı 33671 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il oktyabrın 1-i vəziyyətinə 10 214 441 nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumatı yayıb.

9 ay ərzində doğumların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Toyuqlu pizza

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77172 doğulan körpə qeydə alınıb. 

Əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!