Azərbaycan Anastasiya Trofimovanı Qazaxıstana təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Anastasiya Trofimovanı Qazaxıstana təhvil verdi

Kriminal

19 Mart 2025 19:55 385


2002-ci il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Trofimova Anastasiya Vitalyevnanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsi əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.V.Trofimova cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. pizza sifarişi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!